Lənkəran MDB-nin populyar turizm məkanlarının ilk beşliyinə daxil olub

Lənkəran MDB-nin populyar turizm məkanlarının ilk beşliyinə daxil olub
# 02 sentyabr 2016 10:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. "RoomGuru.ru" hotel axtarış xidməti Rusiya vətəndaşlarının MDB ölkələrində istirahəti barədə reytinq cədvəli tərtib edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, reytinq cədvəli 2016-cı il iyunun 1-dən avqustun 31-dək mehmanxana və apartamentlər axtarışı və bronlanması barədə məlumatlara əsasən tərtib edilib.

MDB-nin populyar turizm məkanlarının ilk beşliyinə Lənkəran da daxildir. Xidmət bildirir ki, bu il yayda rusiyalıların MDB ölkələrinə səyahətlərinin sayı keçən ilin yayı ilə müqayisədə 10 faiz artıb, turistlərin səyahət xərcləri isə orta hesabla sutkada 3,6 min rubl (55 dollar) olub. Lənkərana orta hesabla bir həftəliyə gələn rusiyalı turistlər əsasən Sankt-Peterburqdan və Moskvadan olublar.

Yay səyahətləri üçün ən populyar MDB şəhərlərinin siyahısında birinci yerdə Minsk şəhəridir. Bu il yayda rusiyalıların səfərləri üçün ən populyar MDB şəhərlərinin ilk onluğuna Bakı da daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR