Kemeron və Olland İranla ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar

Kemeron və Olland İranla ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar
# 30 yanvar 2016 00:50 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya baş nazirinin dəftərxanasından bildiriblər.

“Söhbət zamanı tərəflər bir sıra məsələlərə toxunub, o cümlədən terrorizmlə mübarizə, Suriyadakı vəziyyəti müzakirə ediblər. Tərəflər xüsusi olaraq İranla ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, hazırda bu əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar mövcuddur”, məlumatda deyilir.

Xatırladaq ki, bu yaxınlarda İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR