AFFA “Rəvan” klubunun hesabından 6, “Bakı”dan 3 xal silib

AFFA “Rəvan” klubunun hesabından 6, “Bakı”dan 3 xal silib
# 26 yanvar 2016 12:26 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda iki paytaxt klubu – “Rəvan” və “Bakı” ilə bağlı məsələlərə baxıb.

İK FİFA-nın yanvarın 21-də AFFA-ya ünvanladığı məktuba əsasən qərarlar qəbul edib. Məktubda FİFA-nın İntizam Komitəsinin “Rəvan” və “Bakı” klubları haqqında qərar qəbul etdiyi bildirilib.

Sənəddə “Rəvan” sabiq futbolçusu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə riayət edilməməyi səbəbindən klubun cari mövsüm üçün aktivliyindən 6 xalın silinməsi göstərilib. “Bakı” isə Dejan Brankoviçin “güdazına gedib”. FİFA tərəfindən müqavilənin şərtlərinə əməl etməyən “zolaqlılar”ın hesabından 3 xal silinməsi istənilib.

Yuxarıda göstərilənləri nəzərə alan AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasında çıxış edən “Rəvan”dan 6, I divizionda mübarizə aparan “Bakı”dan 3 xal silinməsinə qərar verib. Bu, sonuncuların ardıcıl ikinci cəzasıdı. Paytaxtın eyniadlı təmsilçisi Adnan Bərəkətə görə də 6 xalin silinməsi ilə cəzalanmışdı. Bununla, Hafiz Məmmədovun prezidenti olduğu klubun hesabından ümumilikdə 9 xal silinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR