Daha bir Gürcüstan kanalı "Azerspace-1" üzərindən yayıma başlayıb

Daha bir Gürcüstan kanalı "Azerspace-1" üzərindən yayıma başlayıb
# 28 yanvar 2016 10:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting" (GPB) şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.

"Azərkosmos" ASC-dən "APA-Economics"ə verilən məlumatda bildirir ki, müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən 2TV ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, 2TV kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55% tərəfindən izlənilən bu kanal vasitəsilə gürcü dilində əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR