Türkiyədə sosial mediaya girişlər əngəllənib

Türkiyədə sosial mediaya girişlər əngəllənib
# 16 iyul 2016 01:17 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. Hərbi çevriliş təşəbbüsündən sonra Türkiyədə sosial mediaya girişlər əngəllənib.

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, iyulun 15-də axşam saatlarında Türkiyədə yaşanan hərbi çevriliş təşəbbüsündən sonra sosial mediaya girişlər tamamilə məhdudlaşdırılıb.

Ordu içində çevrilişə təşəbbüs edən xuntanın gecə yarısına yaxın TRT kanalına girərək hərbi çevrilişin bəyanatını oxuyandan sonra o vaxta qədər onsuz da sürəti azalmış sosial mediaya girişlər tamamilə məhdudlaşdırılıb. Bunu nəzərə alan iqtidar partiyası öz tərəfdarlarını küçə və meydanlara meqafonlar vasitəsiylə dəvət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR