"Goldman Sachs": OPEC-in qərarı nefti 10 dollar bahalaşdıracaq

"Goldman Sachs": OPEC-in qərarı nefti 10 dollar bahalaşdıracaq
# 29 sentyabr 2016 08:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. OPEC tərəfindən neft hasilatının dondurulması "qara qızıl"ı 10 dollar bahalaşdıra bilər.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının analitikləri bildirib.

"OPEC tərəfindən sutkalıq hasilatının 32,5 - 33 mln. barrel dəhlizində müəyyən olunması neftin qiymətini dəstəkləməyə hesablanıb, lakin qısamüddətli perspektiv üçündür", - deyə bankdan bildirilib.

Bankirlər hesab edir ki, bazardakı qeyri-müəyyənlik yaxın aylarda da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR