“Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib

“Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib
# 12 aprel 2016 11:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün “Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən təşkil edilib.

Tədbiri giriş sözü ilə DQİDK sədr müavini Gündüz İsmayılov açıb. O bildirib ki, aprelin əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər Azərbaycan gəncliyinin tam qələbəyə kökləndiyini göstərib: “Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən aksiyalarda əsas iştirakçılar gənclər idi. Ermənistanda səfərbərliyə alınanlar isə orta yaşlılar idi. Azərbaycan gəncliyi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyi bacardı”.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, cəbhədə baş verən son hadisələrlə əlaqədar Azərbaycan gəncliyi monolit hərəkət etdi.

Konfrans məruzələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR