Qəbələdə “Vətəndaş cəmiyyəti” Təşviqat Qrupunun üzvləri seçicilərlə görüşüb

Qəbələdə “Vətəndaş cəmiyyəti” Təşviqat Qrupunun üzvləri seçicilərlə görüşüb
# 09 sentyabr 2016 12:54 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Sentyabrın 26-da keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində “Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun üzvləri ölkənin müxtəlif bölgələrində seçicilərlə görüşlər keçirirlər.

APA-nın məlumatına görə, növbəti görüş Qəbələ şəhərində olub. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində keçirilən tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov referendumla bağlı geniş məlumat verib, rayonun inkişafı və abadlıq-quruculuq işlərindən danışıb. Abil Ağasəfov referenduma çıxarılan Konstitusiya dəyişiklikləri barədə danışıb. “Qanunlara dəyişiklik zərurətdən irəli gəlir. Referendum Aktı insan hüquq və azadlıqlarını əhatə edir. Eyni zamanda referendum idarəçilikdə yeni islahatlara təkan verəcək. Dəyişiklik Azərbaycana uğur gətirəcək” – deyə o, bildirib.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Qəbələ sakinlərinə referendumqabağı təşviqat kampaniyasında aktiv iştiraka görə təşəkkür edib: "Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamı respublikamızın beynəlxalq aləmə inteqrasiyası istiqamətində atdığı dəyərli addım kimi qiymətləndirirəm. Bu layihə Azərbaycanın qanunvericilik aktlarını daha da zənginləşdirəcək, insan hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin daha da inkişaf etdirilməsi istiqamətində dövlətimizin qətiyyətli mövqeyini bir daha nümayiş etdirəcək. Hesab edirəm ki, dövlət başçısının bu sərəncamı ölkəmizin demokratiya yolunda inamla irəliləməsinin məntiqi nəticəsidir. Dövlətimizin iqtisadi imkanları artdıqca cəmiyyət də inkişaf edir. Bu səbəbdən Konstitusiyada dəyişikliklərin baş verməsi təəccüblə qarşılanmamalıdır. Əminəm ki, Azərbaycanın hər yerində olduğu kimi, Qəbələ rayonunda da seçicilər referendum günü məntəqələrə gedib, seçimlərini edəcək, dəyişiklik və əlavələrə "hə" deyəcəklər".

Daha sonra rayon ictimaiyyətinin nümayəndələri, fəal gəncləri çıxış edərək, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR