Azərbaycanda rezidentlərin yekun attestasiyasının vaxtı açıqlanıb

Azərbaycanda rezidentlərin yekun attestasiyasının vaxtı açıqlanıb
# 07 oktyabr 2016 13:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda rezidentlərin yekun attestasiyası Azərbaycan Tibb Universitetində Attestasiya Komissiyası tərəfindən aparılacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yekun attestasiya iki mərhələdə (test və praktiki) həyata keçiriləcək.

Yekun attestasiyanın test mərhələsi oktyabrın 25-də saat 11.00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Rezidentlər oktyabrın 14-dən etibarən şəxsiyyət vəsiqələrini təqdim etməklə, VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər.

Yekun attestasiyanın praktiki mərhələsində yekun attestasiyanın test mərhələsindən müvəffəqiyyətlə keçən rezidentlər iştirak edəcəklər. Yekun attestasiyanın praktiki mərhələsi 27.10.2016 və 28.10.2016-cı il tarixlərində saat 09.00-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR