İraqda İŞİD liderinin köməkçisi məhv edilib

İraqda İŞİD liderinin köməkçisi məhv edilib
# 30 iyul 2016 01:29 (UTC +04:00)

Bakı-APA. İraqda İŞİD terrorçu qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin köməkçilərindən biri məhv edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq dövlət televiziyası məlumat verib.

Məlumata əsasən, İraq Hərbi-Hava Qüvvələrinin təyyarələri Suriya sərhədindəki Əl-Qaim məntəqəsində terrorçuların yığıncaq keçirdiyi binaya hava zərbəsi endirib.

Hücum zamanı əl-Bağdadinin köməkçisi ilə yanaşı onlarla terrorçu, həmçinin silah anbarı və terrorçulara məxsus nəqliyyat vasitələrinin məhv edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR