Referendum bülletenləri sentyabrın 11-dən paylanacaq

Referendum bülletenləri sentyabrın 11-dən paylanacaq
# 31 avqust 2016 14:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Referendumla əlaqədar seçki bülletenlərinin seçki dairələrinə və seçki məntəqələrinə paylanmasına sentyabrın 11-dən başlanması planlaşdırılır.


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib. O xatırladıb ki, 2015-ci il noyabrın 1-də keçirilən seçkilərdə bülletenlərin paylanmasına seçkilərə 10 gün qalmış başlanıb: “Hesab edirəm ki, bu dəfə səsverməyə 15 gün qalmış bülletenlərin paylanması kifayət edər”.

M. Pənahov sentyabrın 1-dən etibarən dairə seçki komissiyaları üçün treninqlərin başlayacağını da açıqlayıb. Tədbirlərdə DSX sədrləri və müvafiq şəxslər iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR