Kürdəxanıda 500 kv.m sahədə qamışlıq yanıb - YENİLƏNİB

Kürdəxanıda 500 kv.m sahədə qamışlıq yanıb - <span style="color: red;">YENİLƏNİB
# 10 aprel 2016 16:10 (UTC +04:00)

Bakı - APA. Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində güclü yanğın baş verməsi barədə xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qəsəbədə yanğın qamışlıq ərazidə baş verib və 500 kv.m sahəni əhatə edib.

“Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alaraq söndürüblər. Heç bir evə, şəxsi təsərrüfata və obyektə ziyan dəyməyib”, - deyə bildirilib.

Qeyd edək ki, bəzi saytlar Kürdəxanı qəsəbəsində yanğının 6 evə ziyan vurduğu barədə məlumat yayıb.

***

Bakı - APA. Bu gün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 500 kv.m sahədə qamışlıq yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın saat 15:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR