Həsən bəy Zərdabinin Nəbatat bağındakı büstü ziyarət olunub

Həsən bəy Zərdabinin Nəbatat bağındakı büstü ziyarət olunub
# 21 iyul 2016 16:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İyulun 21-də Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşəbbüsü ilə bu media qurumunun təmsilçiləri və Mətbuat Şurası (MŞ) rəhbərliyi milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən və bu vaxta kimi ölkənin media ictimaiyyətinin diqqətindən kənarda qalmış büstünü ziyarət edib. Şuradan APA-ya verilən məlumata görə, media nümayəndələri büstün ətrafında abadlıq işləri apararaq üzərinə əklil qoyublar.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov böyük maarifçi Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə əsasını qoyduğu “Əkinçi” qəzetinin Azərbaycanın mətbuat və ümumilikdə ictimai fikir tarixində oynadığı rola diqqət çəkib. O bildirib ki, 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən “Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, bu, Azərbaycanda sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib: ““Əkinçi”dən sonra maarifçilik ideyalarını təbliğ edən “Kəşkül” və “Ziya”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi qəzetlər, jurnallar yaranıb. Hazırda Azərbaycan mətbuatı azad və sərbəst şəkildə inkişaf edir. Ulu öndər Heydər Əliyevin mətbuat üzərindən senzuranı götürməsi tarixi hadisə olmaqla yanaşı, demokratik mətbuatın inkişafına təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir”.

Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi olmaqla yanaşı, ölkənin ilk maarifçilərindən biri kimi tarixdə dərin iz buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR