İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
# 11 aprel 2016 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb.

Təkrar baxış zamanı ayaqqabının dabanlarının sonradan oyularaq hazırlanmış oyuqlarında cəmi 2 ədəd bükümdə, ümumi xalis çəkisi 91,396 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR