Rusiya XİN: İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur

Rusiya XİN: İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur
# 18 fevral 2016 15:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün türkiyəli həmkarı ilə Bakıda keçirdiyi mətbuat konfransında “Azərbaycanın İslam koalisiyasında hansı şəkildə iştirak edəcəyi müzakirə olunur” bəyanatına dair suala M. Zaxarova belə cavab verib: “Bu, Azərbaycanın suveren hüququdur. Azərbaycan dövlətinin səlahiyyətində olan məsələdir. O ki qaldı Rusiyanın yeni yaradılan koalisiyalara münasibətinə, deyə bilərəm ki, bu günə kimi ABŞ-ın rəhbərlik etdiyi koalisiya mövcud olub. Yeni koalisiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir, məlum deyil. Yeni koalisiyanın yaradılması proses xatirinə prosesdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR