Azərbaycan avtomobil idxalını altıqat azaldıb

Azərbaycan avtomobil idxalını altıqat azaldıb
# 16 sentyabr 2016 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 3 454 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17 693 ədəd avtomobil və ya 6,12 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 54 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 981 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 342 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR