İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan edib

İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan edib
# 19 oktyabr 2016 10:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.

APA-nın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz “twitter” səhifəsində yazıb.

Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.

“Milliyyət”in məlumatına görə, qərarı yalnız Misir dəstəkləməyib.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR