Zaxarova: "Rusiya Türkiyənin Qarabağ münaqişəsində konstruktiv rolunu yalnız alqışlaya bilər"

Zaxarova: "Rusiya Türkiyənin Qarabağ münaqişəsində konstruktiv rolunu yalnız alqışlaya bilər"
# 20 oktyabr 2016 15:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "ATƏT-in Minsk qrupunun formatına dəyişikliklərlə bağlı məlumatım yoxdur. Bu barədə hansısa danışıqların aparılması barədə eşitməmişəm”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Rusiya Minsk qrupu ölkələrinin konstruktiv rolunu yalnız alqışlaya bilər: “Minsk qrupu ölkələrinin hamısının birbaşa rolu məhz Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamaq və münaqişənin həllinə töhfə verməkdir”.

Qeyd edək ki, Türkiyə də Minsk qrupunun üzvüdür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR