İranın iri sənaye müəssisəsi 400 işçisini ixtisara salıb

İranın iri sənaye müəssisəsi 400 işçisini ixtisara salıb
# 01 dekabr 2016 12:10 (UTC +04:00)

İranın ən böyük sənaye müəssisələrindən olan REEF kimyəvi maddə istehsalı zavodu 400 işçini ixtisara salıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin İsfahan əyalətinin Şəhrrza şəhərindən olan üzvü Əbdülvəhab Səhlabadi deyib. O bildirib ki, dövlətə təxminən 1,5 milyon dollar (620 milyard rial) borcu olan müəssisə likvidlik problemi ilə üzləşib və 400 əməkdaşını işdən çıxarmaq məcburiyyətində qalıb.

Ə. Səhlabadinin sözlərinə görə, borc ilin əvvəlindən vergi, sığorta və digər ödənişlərə görə yaranıb: “Bu zavod iki il öncə ölkənin ən yaxşı və nümunəvi istehsal müəssisəsi sayılırdı”.

Parlament üzvü hazırda bir çox fabrik və zavodun bu durumda olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR