Hacıqabul sakinindən narkotik götürülüb

Hacıqabul sakinindən narkotik götürülüb
# 10 avqust 2017 11:38 (UTC +04:00)

Hacıqabul rayonunda əvvəllər məhkum olunmuş şəxsdə heroin aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1967-ci il təvəllüdlü Ağayev Müşfiq Eynulla oğlu polis tərəfindən saxlanılan zaman üzərindən 1,5 qram heroin aşkar olunaraq götürülüb. Adı çəkilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq maddələri ilə 3 dəfə məhkum olunub.

M.Ağayev polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR