Bakının bəzi hissələrinin qaz təchizatı məhdudlaşdırılır

Bakının bəzi hissələrinin qaz təchizatı məhdudlaşdırılır
# 25 oktyabr 2016 06:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı şəhəri Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Atletlər kəndi ilə Media şəhərciyinin yaxınlığında diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar oktyabrın 25-də saat 09:00-dan 18:00-dək Heydər Əliyev, Nəriman Nərimanov, Aşıq Molla Cümə, Əhməd Rəcəbli, Təbriz Həsənoğlu, Qarabağ, Ceyhun Hacıbəyli küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR