ABŞ-ın 50 şəhərində Trampın miqrasiya planlarına qarşı etiraz aksiyaları keçiriləcək

ABŞ-ın 50 şəhərində Trampın miqrasiya planlarına qarşı etiraz aksiyaları keçiriləcək
# 14 yanvar 2017 23:42 (UTC +04:00)

Yanvarın 14-də ABŞ-ın təxminən 50 şəhərində yeni seçilmiş prezident Donald Trampın qeyri qanuni miqrasiyaya nəzarətin sərtləşdirilməsi planına qarşı kütləvi etiraz aksiyaları keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Hərəkət günü” bütün ölkə ərazisində - Nyu-York və Mayamidən (Florida ştatı) Los Anceles (Kaliforniya ştatı) və Finiksədək (Arizona ştatı) təşkil olunacaq.

Məlumata görə, aksiyalara, əsasən, Meksika əsilli sakinlər, hüquq müdafiə və dini təşkilatların nümayəndələri qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR