"Şahdağ Turizm Mərkəzi" iki şirkətlə müqavilə imzalayıb

"Şahdağ Turizm Mərkəzi" iki şirkətlə müqavilə imzalayıb
# 12 sentyabr 2017 06:50 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin "Şahdağ Turizm Mərkəzi" QSC iki şirkətlə müqavilə imzalayıb.

"APA-Economics" səhmdar cəmiyyətin yaydığı elana istinadən xəbər verir ki, 26 may və 9 iyun 2017-ci il tarixlərində "Şahdağ Turizm Mərkəzi" QSC tərəfindən təchizat zəncirinin

idarəedilməsi xidmətlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində "Sənaye Təchizat Servis" MMC qalib şirkət elan olunmuş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılıb.

Bundan başqa, 20 iyul 2017-ci il tarixldə "Şahdağ Turizm Mərkəzi" QSC tərəfindən SunSystems, Q&A (Vision) və HRB proqram təminatları xidmətinin satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda "Gamma Ko" MMC qalib şirkət elan olunub. Həmin şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR