“Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində iştirak edəcək rus bölməsi abituriyentlərinin sayı açıqlanıb

“Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində iştirak edəcək rus bölməsi abituriyentlərinin sayı açıqlanıb
# 01 aprel 2017 09:44 (UTC +04:00)

Rus bölməsini seçmiş abituriyentlər üçün keçiriləcək “Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində 6 150 abituriyent iştirak edəcək. APA-nın xəbərinə görə, “Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.


Aprelin 9-da keçiriləcək ilk imtahanda iştirak etmək istəyən abituriyentlər martın 31-i saat 23:59-dək elektron ərizələrini təsdiq etməli idilər. Beləliklə, 9 aprel tarixində keçirilən imtahanda iştirak etmək üçün martın 31-i saat 23:59-dək 6 150 abituriyent ərizələrini təsdiq edib.

Ərizələrini aprelin 1-dən 10-dək təsdiq edən abituriyentlər iyunun 11-də keçirilən imtahanda iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR