Bu il AÇG-dən SOCAR-a ümumilikdə 1,1 mln. kubmetr səmt qazı verilib

Bu il AÇG-dən SOCAR-a ümumilikdə 1,1 mln. kubmetr səmt qazı verilib
# 01 avqust 2018 14:03 (UTC +04:00)

Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 mln. kubmetr, ümumilikdə isə 1,1 mln. kubmetr səmt qazı verilib.

AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Shevron” (9,57%), “İnpex” (9,31%), “Ekvinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), “ONGC Videş Limited” (OVL) (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR