ABŞ Dövlət Departamenti: “Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır”

ABŞ Dövlət Departamenti: “Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır”
# 29 noyabr 2017 23:10 (UTC +04:00)

Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert bəyan edib.

“Bütün ölkələr rəsmi Pxenyana qarşı iqtisadi və diplomatik təzyiqi gücləndirməlidirlər. Şimali Koreyadan olan əmək miqrantları isə ölkələrdən çıxarılmalıdır. Çünki miqrantların əldə etdiyi gəlir KXDR-in nüvə-raket proqramına sərf edilir”, deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Ötən gün Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR