Prokuror İqtisad Universitetinin yarım milyon manatdan çox dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına cəza istəyib

Prokuror İqtisad Universitetinin yarım milyon manatdan çox dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına cəza istəyib
# 06 iyun 2018 09:23 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror V. Osmanlının 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

İttihama görə, V. Osmanlı vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, dollar mübadiləsi adı altında onların ümumilikdə 607 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

V.Osmanlı Azərbaycan İqtisad Universitetində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR