İspaniyanın “Sevilya” futbol klubunun yeni baş məşqçisi bəlli olub

İspaniyanın “Sevilya” futbol klubunun yeni baş məşqçisi bəlli olub
# 29 aprel 2018 02:45 (UTC +04:00)

İspaniyanın “Sevilya” futbol klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, Vinçentso Montella ilə yollarını ayıran Əndəlüs klubunun yeni çalışdırıcısı Xoakin Kaparros olacaq.

Bu barədə klub rəsmi açıqlama yayıb. 62 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandanı çalışdıracaq.

Qeyd edək ki, “Sevilya” 34 turdan sonra 48 xalla 7-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR