Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda toyda dava düşüb, 3 yaşlı uşaq da daxil olmaqla bir ailənin 4 üzvü döyülüb.
APA-nın Gürcüstan bürosu “Mtavari arxi” telekanalına istinadən xəbər verir ki, yanvarın 30-da baş vermiş insidentdə 20 nəfərin iştirak etdiyi bildirilib.
Məlumata görə, gəlinin 15 nəfər qohumu oğlan evinin qohumlarına hücum edib. Dava zamanı xəsarət alan orta yaşlı kişi Nodar Məmmədov komaya düşüb və onun üzərində cərrahiyyə əməliyyatının aparılmasının mümkün olmadığı bildirilib.
Onun qohumu İsrail Məmmədovun da müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib.
Polis insidentin səbəblərini araşdırır, faktla bağlı cinayət işi açılıb.