ABŞ-da klubda atışma olub, 10 nəfər yaralanıb

ABŞ-da klubda atışma olub, 10 nəfər yaralanıb
# 16 aprel 2017 12:49 (UTC +04:00)

ABŞ-ın Ohayo ştatında klub yaxınlığında atışma olub.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla ötən gecə saat 03.20 (Bakı vaxtı ilə saat 11.20) radələrində baş verib.

Kolumbus şəhərində klub yaxınlığında atışma zamanı 10 nəfər yaralanıb. Yaralılardan 2-nin durumu ağırdır. Atəş açan şəxs və hadisənin səbəbi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR