Florentino Peres: “Real” Kriştianu Ronaldunu 1 milyard avroya satmağa hazırdır” - VİDEO

Florentino Peres: “Real” Kriştianu Ronaldunu 1 milyard avroya satmağa hazırdır” - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 03:27 (UTC +04:00)

Bakı-APA. İspaniyanın “Real” klubu yaxın zamanlarda Kriştianu Ronaldu ilə yollarını ayırmaq niyyətində deyil.

APA-nın məlumatına görə, bunu klubun prezidenti Florentino Peres bəyan edib.

O, Parisin PSJ klubunun Kriştianu Ronaldunu öz sıralarına qatmaq fikrindən xəbərdar olduğunu bildirib: “Əgər PSJ Kriştianunu istəyirsə, buna nail ola bilər. Lakin transfer üçün 1 milyard avro ödəməli olacaq. Futbolda nəyisə əvvəlcədən proqnozlaşdırmaq çətindir, lakin biz 2016-cı ildə Ronaldu ilə vidalaşmaq niyyətində deyilik. Onun klubla müqaviləsinin bitməsinə hələ 3 il qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR