FHN: Xəzərdə batan iki nəfərin şəxsiyyəti müəyyən olunub - YENİLƏNİB

FHN: Xəzərdə batan iki nəfərin şəxsiyyəti müəyyən olunub - <span style="color: red;">YENİLƏNİB
# 17 avqust 2017 10:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərdə batan iki nəfərlə bağlı növbəti açıqlama yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən hər iki vətəndaşın şəxsiyyəti müəyyən olunub. Axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur.

Axtarış işləri haqqında əlavə məlumat veriləcək.

***

10.19

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kimikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR