“Heydər Əliyev: Zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib

“Heydər Əliyev: Zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib
# 08 dekabr 2016 09:22 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Heydər Əliyev: Zaman və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

APA-nın xəbərinə görə, sessiyada AMEA-nın prezidenti Akif Əlizadə Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb. O bildirib ki, Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək Azərbaycanı xilas edib, onu parçalanmaqdan, işğaldan qoruyub. A. Əlizadənin sözlərinə görə, 1993-cü ildən bu günə kimi Azərbaycan inkişaf edib, dünyanın inkişaf etməkdə olan ölkələri sırasına qatılıb. AMEA prezidenti qeyd edib ki, bu gün Heydər Əliyevin ən böyük əsərləri Azərbaycan və prezident İlham Əliyevdir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Heydər Əliyevlə bağlı xatirələrini danışıb. Onun sözlərinə görə, müstəqil Azərbaycanın banisi olan Heydər Əliyevin hər kəsin ürəyində öz yeri var: “Ulu öndərin Azərbaycan xalqı və ölkənin inkişafı üçün göstərdiyi xidmətləri sözlərlə ifadə etmək mümkün deyil. Bunlar nəticəsində həmin dövr üçün geridə qalan ölkəmiz qısa zamanda inkişaf edərək qüdrətli dövlətə, yeni Azərbaycana çevrilib. Heydər Əliyev ölkənin bütün dövrləri əhatə edən inkişafı üçün nəzəri, ictimai, siyasi yol proqramı qoyub: “Azərbaycanın tərəqqisi üçün əsası ümummilli lider tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində ölkəmiz ildən-ilə daha da möhkəmlənəcək, inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR