Yunanıstan parlamentində iqtisadiyyatın xilası üçün yeni yardım proqramı qəbul olunub

Yunanıstan parlamentində iqtisadiyyatın xilası üçün yeni yardım proqramı qəbul olunub
# 16 iyul 2015 08:47 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Yunanıstan parlamentində iqtisadiyyatın xilası üçün yeni yardım proqramını və banklar üçün likvidlik yardımının bərpasını nəzərdə tutan “Avropa Stabillik Mexanizmi ilə danışıqların aparılması və sazişin bağlanması üçün təcili tədbirlər” haqqında qanun layihəsi qəbul olunub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinin lehinə 229 nəfər, əleyhinə isə 64 nəfər səs verib.

Qanun layihəsini dəstəkləyən deputatların əksəriyyəti SİRİZA koalisiyası və "Müstəqil yunanlar” partiyasının, eləcə də müxalif “Yeni Demokratiya” partiyasının nümayəndələridir.

Parlamentdə Yunanıstan Kommunist Partiyasını təmsil edən deputatlar isə qanun layihəsinin əleyhinə səs veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR