“Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır

“Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır
# 18 yanvar 2017 09:34 (UTC +04:00)

Uzun zamandır plenar müzakirələri ləngiyən “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırdır.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci il yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, artıq müvafiq qurumlardan gözlənilən rəylər də alınıb: “Sonuncu Təhsil Nazirliyinin rəyi idi, artıq onu da almışıq. Qanun layihəsi hazırdır və bu sessiya plenar iclasa tövsiyə edərək qəbul edə bilərik. Psixoloji yardımla bağlı məsələlər Azərbaycanda o qədər aktualdır ki, hələ biz bu məsələdə bir qədər gecikmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR