Çində neft anbarında partlayış olub, ölən və yaralananlar var

Çində neft anbarında partlayış olub, ölən və yaralananlar var
# 03 aprel 2017 04:15 (UTC +04:00)

Çinin Anxoy əyalətində “Wanhua” şirkətinə məxsus neft anbarında partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Antsin şəhərində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Partlayışdan sonra anbarda güclü yanğın başlayıb, yanğınsöndürənlər üç saat ərzində yanğınla mübarizə aparıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR