Rusiyada iki minik avtomobili toqquşub, 5 nəfər ölüb

Rusiyada iki minik avtomobili toqquşub, 5 nəfər ölüb
# 22 oktyabr 2017 09:54 (UTC +04:00)

Ötən gecə Rusiyanın Çelyabinsk vilayətinin Arqayaşsk rayonunda “Kia” və “VAZ-21074” markalı minik avtomobilləri toqquşub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Dolqoderevensk — Kıştım magistralının 28-ci km-də baş verib.

Nəticədə “Kia” markalı avtomobilin sürücüsü və “VAZ-21074” markalı minik avtomobilinin 3 sərnişini hadisə yerində həyatlarını itirib. “VAZ-21074”-in sürücüsü və bir sərnişini müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, “VAZ-21074”-in sürücüsü xəstəxanada həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR