Mərkəzi Afrika Respublikasında baş verən toqquşmalarda 16 nəfər ölüb

Mərkəzi Afrika Respublikasında baş verən toqquşmalarda 16 nəfər ölüb
# 24 noyabr 2016 02:08 (UTC +04:00)

Mərkəzi Afrika Respublikasında silahlı qruplaşmalar arasında baş verən toqquşmalarda 16 nəfər ölüb.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər arasında dinc sakinlər də var.

Əvvəllər "Seleka" qruplaşmasına daxil olan qruplaşmalar arasında toqquşmalar paytaxt Banqidən 400 km aralıda yerləşən Bria şəhərində noyabrın 21-dən davam edir. Bununla əlaqədar 5 minədək dinc sakin öz evini tərk etmək məcburiyyətində qalıb. Hazırda onlar BMT sülhməramlılarının mühafizəsi altındadırlar.

Qeyd edək ki, İslamçı "Seleka" və xristianları birləşdirən “Anti-Balaka” qruplaşmaları arasında qarşıdurma üç ildir ki, davam edir. 2013-cü ildə çevriliş nəticəsində müsəlman Mişel Cotodiya özünü prezident elan edib. Xristian olan sabiq prezident Fransua Bozize Konqo Demokratik Respublikasına qaçmağa məcbur olub.

2014-cü ildə BMT Təhlükəsizlik Şurası Mərkəzi Afrika Respublikasında 12 min sülhməramlının yerləşdirilməsinə dair qərar qəbul edib. Bir il sonra BMT missiyasının mandatı uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR