ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb
# 11 may 2017 06:57 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,51% artaraq 47,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,48% artaraq 50,46 dollar olub.

Neftin bahalaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının azalması səbəb olub. Belə ki, Ötən həftə ABŞ-da neft ehtiyatları 5,247 mln. barel azallaraq 522,525 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR