Səfir: "Laşpinlə bağlı istintaqın gedişini izləyirik"

Səfir: "Laşpinlə bağlı istintaqın gedişini izləyirik"
# 06 aprel 2017 10:01 (UTC +04:00)

İsrail səfirliyinin konsulu Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinlə mütəmadi olaraq görüşür.

APA-nın məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Dan Stav mətbuat konfransında deyib.

Səfir xatırladıb ki, A. Lapşin həmçinin İsrail vətəndaşıdır: "Onun saxlanma şəraiti yaxşıdır. Heç bir şikayəti yoxdur. Biz istintaqın gedişini izləyirik".

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR