"Bakcell" abunəçilərinə bonus dəqiqələr qazanmaq şansı yaradıb

"Bakcell" abunəçilərinə bonus dəqiqələr qazanmaq şansı yaradıb
# 24 iyul 2015 13:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə bonus dəqiqələr qazanmaq şansı yaradıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu gün başlayan kampaniya çərçivəsində “Bakcell” abunəçiləri onlayn ödəmə metodlarından istifadə edərək (MilliÖn və E-manat ödəmə nöqtələri, www.hesab.az daxil olmaqla bank kartları vasitəsilə onlayn ödəniş, bankomatlar və s.) balansı 5 AZN və daha çox məbləğdə artırdıqda, bu məbləğin 10%-i həcmində bonus qazanacaqlar.

Balansın ödəmə kartı vasitəsilə artırılması üçün bonus təqdim olunmur.

Abunəçilər http://www.bakcell.com/az/online-credit-card-payment səhifəsinə daxil olmaqla da balanslarını artıra və bonus ala bilərlər.

Əldə olunan bonuslar 7 gün müddətində şəbəkədaxili zəng, SMS və MMS-lər üçün istifadə oluna bilər. Bonusun maksimum miqdarı 2 AZN-dir. Kampaniya 2 ay davam edəcək.

Kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün balansdan heç bir məbləğ tutulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR