Marneuli icra başçısı: “Rayondakı azərbaycandilli məktəblərin 50-60 faizinin təmirə ehtiyacı var”

Marneuli icra başçısı: “Rayondakı azərbaycandilli məktəblərin 50-60 faizinin təmirə ehtiyacı var”
# 15 noyabr 2017 16:07 (UTC +04:00)

“Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yerləşən azərbaycandilli məktəblərin təxminən yarısının təmirə ehtiyacı var”.

Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli rayonunun icra başçısı Temur Abazov deyib.

O bildirib ki, yerli özünüidarəetmə orqanlarına seçkilərdən öncə məktəblərin vəziyyəti ilə tanış olub. “Məktəblərin vəziyyəti yaxşı deyil. Onların təxminən 50-60 faizinin təmirə ehtiyacı var. Məktəblərlə bağlı problemlər icra hakimiyyətinin səlahiyyətlərinə daxil deyil. Bu problemləri Təhsil və Elm Nazirliyi ilə birgə aradan qaldırmağa çalışacağıq”, - deyə icra başçısı qeyd edib.

T. Abazov ilk növbədə suvarma, daxili yollar, içməli su kimi problemlərin həlli ilə məşğul olacağını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR