Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub
# 21 sentyabr 2017 11:08 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar Teyfurovun məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən İ. Teyfurov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə Şamaxıda baş verib. İ. Teyfurovun idarə etdiyi "Niva" markalı avtomobil digər avtomobillə toqquşub. Nəticədə İ. Teyfurovun yanında olan sərnişin ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR