Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 29 may 2018 19:19 (UTC +04:00)

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeyd ə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər qəsəbə sakini 1991-ci il təvəllüdlü Əli Qasımov, 1978-ci il təvəllüdlü Elnarə Əliyeva və 1972-ci il təvəllüdlü Təranə Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR