Azərbaycanda pul kütləsi ilin əvvəlindən 11% artıb

Azərbaycanda pul kütləsi ilin əvvəlindən 11% artıb
# 30 dekabr 2019 13:30 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 26 742,2 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 295,3 mln. manat və ya 1,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 2 681,8 mln. manat və ya 11,1%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 014,7 mln. manat və ya 12,7% artıb.

Cari ilin dekabrın əvvəlinə ölkədə manatla geniş pul kütləsinin həcmi 16 663,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 324,4 mln. manat və ya 2%, ilin əvvəlindən 2 019,8 mln. manat və ya 13,8%, son bir ildə isə 2 533,4 mln. manat və ya 17,9% artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR