Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay prezidentinə təqdim edib

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay prezidentinə təqdim edib
# 03 oktyabr 2017 07:50 (UTC +04:00)

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay prezidenti Orasio Kartesə təqdim edib.

Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, etimadnamənin təqdim olunması mərasimində səfir O. Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Prezident səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR