Bərdə və Yevlaxda reyd zamanı aşkarlanan yararsız ət zərərsizləşdirilib

Bərdə və Yevlaxda reyd zamanı aşkarlanan yararsız ət  zərərsizləşdirilib
# 21 dekabr 2016 15:03 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşlarının Bərdə şəhərində keçirdiyi reyd zamanı aşkarlanan istifadəyə yararsız ət zərərsizləşdirilib.

DBNX-nin Bərdə Zona Laboratoriyasının müdiri Əli Yəhyayevin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, Bərdə şəhəri Səməd Vurğun küçəsində yaşayan Əli Məmmədovun həyətinə baxış keçirilən zaman primitiv üsulla düzəldilmiş ət qarmaqları, antisanitariya şəraitində olan kəsimxana, təzə kəsilmiş at əti və yararsız ət qalıqları götürülüb.

Götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Bakterioloji müayinələr zamanı bütün nümunələrdə bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinələr nəticəsində aşkarlanan ətin keyfiyyətsiz olduğu, atların aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilməsi məlum olub.

Bu gün həmçinin Yevlax rayonunda aşkarlanan istifadəyə yararsız ətlər zərərsizləşdirilib.

Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Nizami Kərimovun həyətyanı sahəsindəki soyuducu kamerada aşkarlanan 170 kq, onun həmyerlisi Telman Rəsulova məxsus kəsim yerində tapılan mənşəyi bəlli olmayan 181 kq ətdən götürülən nümunələr də Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR