Azərbaycandan Gürcüstana ərzaq məhsulları tədarükü davam edir

Azərbaycandan Gürcüstana ərzaq məhsulları tədarükü davam edir
# 21 mart 2020 13:53 (UTC +04:00)

Azərbaycandan Gürcüstana ərzaq tədarükü problemsiz davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvilinin Tbilisidə ərzaq məhsulları idxalçıları ilə görüşü zamanı bildirilib. Qeyd olunub ki, hazırda koronavirusla əlaqədar ölkədə ərzaq qıtlığı problemi yoxdur:

“Hazırda əsasən ərzaq məhsulları üzrə ölkədə kifayət qədər tədarük var və qıtlıq təhlükəsi yoxdur. İnsanların böyük miqdarda ərzaq məhsulları alması üçün heç bir bəhanə yoxdur. Qiymətlər spekulyasiya edilməməlidir. Azərbaycan, Türkiyə, Rusiya və Ukraynadan ərzaq tədarükü ilə bağlı heç bir problem yoxdur və yaxın günlərdə əlavə ərzaq məhsulları karqosu gözlənilir”.

Səid Babazadə

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR