Azərbaycan avtomobil idxalını 6% artırıb

Azərbaycan avtomobil idxalını 6% artırıb
# 13 aprel 2017 13:14 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana ümumilikdə 1 431 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 69 ədəd avtomobil və ya 5,1% artıb.

Ölkəyə gətirilən avtomobillərin 25 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1185 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 195 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 26 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR