Səfir: "Macarıstan və Azərbaycan strateji tərəfdaşdır"

Səfir: "Macarıstan və Azərbaycan strateji tərəfdaşdır"
# 07 fevral 2018 08:50 (UTC +04:00)

"Macarıstan və Azərbaycan strateji tərəfdaşdır və iki ölkə arasında çox sıx əlaqələr var".

APA-nın məlumatına görə, bu sözləri Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib. O bildirib ki, iki ölkə arasında hökumətlərarası komissiyanın növbəti iclası bu il Macarıstanda keçiriləcək: "Bu tədbir ehtimal ki, ilin ikinci yarısında olacaq. Çünki hər iki ölkədə apreldə seçkilər keçiriləcək".

Səfir qeyd edib ki, ötən il Macarıstandan Aəzrbaycana ixracın həcmi 12 faiz artıb, lakin Azərbaycanın ixracı çox böyük deyil: "Biz bu rəqəmlərin artmasında maraqlıyıq. Macarıstan Azərbaycan məhsullarını almağa hazırdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR